Haqqımızda

Şəhərin səs-küylü abu havasından çıxıb rahat, sakit, və ən əsası yeməkləri kimi dizaynı da isti olan məkan axtarırsınız? O zaman düz ünvandasınız. 30 ildən çoxdur Bakının ən tanımış məkanlarından biri olan Nərgiz restoranı milli üslubda olan iç dekorasiyası, dadından doymayacağınız yeməkləri və gülərüz işçiləri ilə sizi və sevdiklərinizi məftun edəcək. Azərbaycan xalçaları, keçmiş Bakının fotoları, divardan asılmış xurcunlar sizi özünüzdən asılı olmayaraq keçmişə aparacaq. Nərgiz restoranı- doğmalarınızla vaxt və xoş günlərinizi keçirməyiniz üçün səmimi, şəhərin səsküyündən uzaq və möhtəşəm bir mühit yaratmaqdadır. Biz sizin və sevdiklərinizin rahatlığı üçün düz 1987-ci ildən yorulmadan xidmətinizdəyik. Bu mükəmməlikləri öz gözlərinizlə görmək üçün səsküylü Bakının sakit və bir o qədərdə isti mühiti olan Fəvvarələr meydanında yerləşən restoranımıza dəvət edirik.